"Neftçi" klubu media şirkəti yaratdı

img

07-09-2020 [17:24]


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Neftçi Media” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Neftçi" Peşəkar Futbol Klubu” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 64-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə “Neftçi”nin Media, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Əbülfət oğlu Allahverdiyevdir.

Qeyd edək ki, yeni yaradılmış "Neftçi" TV "Neftçi Media"nın tərkibində fəaliyyət göstərir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR