22 yaşlı gənc atasını bıçaqladı

img

07-09-2020 [17:15]


Bakıda oğul atasını bıçaqlayıb.

Hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Xəyyam Məmmədov münaqişə zəmində eyni ünvanda yaşayan atası Qəhrəman Məmmədovu bıçaqlayıb. Zərərçəkmiş  Klinik Tibbi Mərkəzə yerləşdirilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR