Acarıstanda dərs ili distant formada bərpa olunacaq

img

07-09-2020 [15:34]


Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhəri və Kobuleti qəsəbəsində dərslər oktyabrın 1-dək distant formatda keçiriləcək.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bölgədə son günlər koronavirusun geniş yayılması səbəbindən sentyabrın 15-dən oktyabrın 1-dək dərslər siniflərdə keçirilməyəcək.

Qeyd edək ki, qonşu ölkədə yeni dərs ili sentyabrın 15-də bərpa olunacaq/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR