Avropa İttifaqı Belarusun 31 yüksək vəzifəli şəxsinə sanksiyalar tətbiq edəcək
07-09-2020 [14:07]
Avropa İttifaqı (Aİ) sentyabrın ortalarına qədər Daxili İşlər naziri də daxil olmaqla Belarusun 31 yüksək səviyyəli rəsmisinə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırır.
Bu barədə "Reuters" Aİ-nin adı açıqlanmayan 3 diplomatına istinadən yazıb.
“Biz əvvəlcə 14 adı siyahıya salmaq barədə razılaşmışdıq, lakin bir neçə ölkə bunun kifayət olmadığını bəyan etdi. İndi daha 17 rəsmiyə qarşı sanksiyaların tətbiqi barədə konsensus əldə etmişik. Bunlar seçkidəki saxtakarlığa, şiddət və təzyiqlərə görə məsuliyyət daşıyan yüksək vəzifəli şəxslərdir", diplomatlar bildirib.
Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirləri avqustun sonunda Berlində keçirilən qeyri-formal görüşdə sanksiyalar siyahısı, səyahət qadağaları və aktivlərin dondurulması barədə razılıq əldə etsələr də, ancaq kimə sanksiyalar tətiq olunacağına qərar verməmişdilər.
Şərqi Aralıq dənizindəki mübahisə ilə əlaqədar Türkiyəyə qarşı ayrı-ayrı sanksiyalar tətbiq edilməsinə çalışan Yunanıstan və Kipr hələ Belarus rəsmiləri ilə bağlı sanksiyalara dəstək verməyib.
"Reuters" diplomatlara istinadən bildirir ki, Belarusla bağlı sanksiyaların təsdiqlənməsi üçün Aİ-yə üzv 27 ölkənin razılığı alınmalıdır, Afina və Lefkoşa Belarusa qarşı sanksiyalara verəcəyi dəstəkdən Türkiyəyə qarşı sərt tədbirlər görmək üçün istifadə edə bilər.
Diplomatlar yeni adların siyahıya əlavə olunacağını və ya siyahıdan silinə biləcəyini istisna etməyiblər. Onlar rəsmi razılığın sentyabrın ortalarına qədər əldə olunacağını və yekun siyahının Aİ Xarici İşlər nazirlərinin sentyabrın 21-də keçiriləcək görüşündə bəyan olunacağını bildiriblər. Belə olan halda sanksiyalar sentyabrın 22-də qüvvəyə minəcək/APA.
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb