Milli Məclisdə təhsil haqqında daha bir neçə qanun layihəsi müzakirəyə çıxarıldı
07-09-2020 [13:18]
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
Mia.az xəbər verir ki, onlayn iclası idarə edən komitə sədri Bəxtiyar Əliyev həmkarlarına qarşıdan gələn payız sessiyasında uğurlar arzulayıb.
Sonra 2020-ci ilin payız sessiyası üçün komitənin qanunvericilik işləri planı müzakirə edilib. Bəxtiyar Əliyev payız sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə danışıb. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. İclasda komitənin iş planı təsdiqlənib.
Sonra komitə sədri “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumatı birinci oxunuşda diqqətə çatdırıb. Qanun layihəsinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlandığını deyib. Sənədin valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıdığını vurğulayıb. Bildirilib ki, təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Onlayn iclasda Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə edilib.
Bildirilib ki, sözügedən sənədlərə təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 12 iyun 2018-ci il tarixli və “Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma xarakteri daşıyır. Yeni sənədin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə xitam verilməsi mexanizmləri, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan təhsil müəssisəsi rəhbərinin müavininin Azərbaycan vətəndaşı olması, ümumi təhsillə bağlı normaların təkmilləşdirilməsi, günüuzadılmış qrupların təşkili qaydalarını müəyyən edəcək.
Sonra onlayn iclasda İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə birinci oxunuşda baxılıb. Bildirilib ki, qanun layihəsi “Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb. Məcəllənin 192-ci maddəsinə təklif edilən dəyişiklik qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə məsuliyyəti tənzimləyir.
Komitə üzvləri İsa Həbibbəyli, Eldar Quliyev, Musa Qasımlı, Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev, Ülviyyə Ağayeva, Şahin Seyidzadə müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər.
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var