İran Ermənistana silah və hərbi texnika göndərib? - Səfirlikdən yayılan xəbərə reaksiya

img

07-09-2020 [12:10]


"Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır".

Bu barədə "Report"a İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Qeyd olunub ki, bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanmışdır və qətiyyən doğru deyildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR