Ermənistanda daha 62 nəfərdə koronavirus aşkarlanıb

img

07-09-2020 [11:13]


Ermənistanda daha 62 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 845-ə yüksəlib. Son sutkada 3 nəfər koronavirusdan ölüb və ölənlərin sayı 900 nəfərə çatıb. 

Qeyd olunub ki, indiyədək 40 121nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 549 aktiv koronavirus xəstəsi var. Ümumilikdə keçirilən testlərin sayı 218 139-a bərabərdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR