"O, qayınatasının kölgəsində yaşayan ünsür, antipotdur..." - Deputatdan Ramiz Mehdiyevin kürəkəninə sərt sözlər
06-09-2020 [17:47]
Karantin qaydalarını pozaraq övladına toy edən və buna görə 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxan kimi jurnalistlərə açıqlama verib. O, bir çox şəxsləri tənqid edib, bəzi jurnalistləri isə cəzalandıracağı ilə hədələyib.
İ.Əliyev deputat Fəzail Ağamalı haqqında isə “xırda ünsür” ifadəsini işlədib.
O, R.Mehdiyevi tənqid edən bir çox şəxsləri də bu cür adlandırıb.
Millət vəkili Fəzail Ağamalı Musavat.com-a açıqlamasında bildirib ki, kürəkən cənab prezidentdən bağışlanması xahişini məlum toyla bağlı məlumatlar KİV-də gedən zaman etməli idi:
“O, atmış olduğu addıma və törətmiş olduğu cinayətə görə dövlətdən, xalqdan üzr istəyər, bağışlanmasını rica edərdi. Amma bunu etmədi. Çünki qayınatası kimi hikkəlidir, içərisi kin-küdurətlə doludur. Ondan aldığı tərbiyə ilə hər kəsi aşağılamağı həyat tərzi seçib. Mənim və daha 5-6 nəfərin də adını çəkərək, bizi ünsür adlandırır. Şüurlu həyatımı Azərbaycan xalqının istiqlalına, dövlətçiliyinə həsr edən Azərbaycan vətəndaşıyam. Milyonlardan biri kimi dövlətimə, xalqıma xidməti özümə şərəf bilirəm. Tərcümeyi-halım şəffafdır. Övladlarımın damarında türk qanı axır. Tərtəmizdir. Həm ana, həm ata tərəfdən. Onun övladlarının damarında isə millətə düşmən ermənilərin qanı axır. Öncə bu haqda düşünüb, sonra danışsın”.
Müsahibimiz qeyd etdi ki, yaradılmış şəraitdən istifadə edib, minlərlə insanın hüququnu pozan, malikanəsini alan R.Mehdiyev və kürəkəni xalqın böyük təpkisinə və haqlı tənqidinə tuş gəlib. “Bunu mən etmədim, xalqımıza da bu çağırışı mən söyləmədim” deyən deputatın sözlərinə görə, əksinə, bir neçə il bundan qabaq müşahidələri əsasında qələmə aldığı bir yazısında ölkədəki korrupsiya və rüşvətxorluq sistemi barədə yazmışdı: “Orda yazdığım arqumentlər lakonik şəkildə R.Mehdiyevin 4 məqaləsində və kürəkəninin dediklərində öz əksini tapır. Bunlar sanki xalqdan üstündülər. Xalq bunların bütün hikkələrinə, baş əyməlidir. “Doğru edirsiz” deyib, onların şan-şöhrət içində yaşamasına, qanunların tapdamasına göz yummalıdır. İnsanların çoxu sosial şəbəkədə R.Mehdiyevin portretini cızdı. Onun yaratdığı haqsızlıqlara uğramış insanlar efirə çıxıb, danışdılar. Bütün bunlar R.Mehdiyevin əməlləridir. Kürəkəni də bu gün ondan öyrəndiklərini ortaya qoyub”.
F.Ağamalı kürəkən İ.Əliyevin ona “xırda ünsür” deməsinə də münasibət bildirdi:
“Dediyi söz ona daha çox yaraşır. O, daha çox xırda ünsürdür. Qayınatasının kölgəsində yaşayan ünsür, antipotdur. O, sağalmaz xəstəliyə düçar olan parazitdir. Görün bu adamın harınlığı və idarəolunmazlığı hansı səviyyədədir ki, onun haqqında düz və ya səhv məlumat yazan saytı öz adından cəzalandıracağını elan edir. Halbuki, deyə bilərdi ki, məhkəməyə müraciət edəcəm, hüquq çərçivəsində sözümü deyəcəm. Amma deyir, məhz özüm cəzalandıracam. Baxın, harınlığın və idarəolunmazlığın daha bir göstəricisi. Görünür ki, bu cür insanların törətdiyi cinayətlər araşdırılmalıdır, onların ayrı-ayrı vətəndaşların ixtiyarında olan mülkləri mənimsəməsinə hüquqi müstəvidə qiymət verilməlidir. Bu cür harın insanlar, Azərbaycan xalqının və dövlətinin hesabına parazitcəsinə milyonlar qazananlar Azərbaycan cəmiyyətindən, ictimai mühitindən uzaqlaşdırılaraq, qanun qarşısında layiqli və hüquqi cavablarını almalıdır”.
Deputat sonra R.Mehdiyevin kürəkəninə daha bir mesaj verdi. Bildirdi ki, onun R.Mehdiyevin kürəkəni ilə heç bir davası yoxdur: “Mənim davam Ramiz Mehdiyevlədir. Bu davam millətin bu günü və gələcəyi, milli dövlətçiliyimizin əbədi yaşarlığı üçün aparılan davadır”/Yenisabah.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub