RAMİZ MEHDİYEVİN KÜRƏKƏNİ HƏBSDƏN ÇIXDI: "Şərəfsizlik cəzalandırılmalıdır” - VİDEO

img

06-09-2020 [11:44]


Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

Mia.az-ın məlumatına görə, Ramiz Mehdiyevin kürəkəni jurnalistlərə deyib ki, nəinki o, hətta Ramzi Meühdiyev də ölənə qədər hakimiyyətə sadiqdir: “Ramiz müəllim və ailəsi Heydər Əliyevə, cənab Prezident İlham Əliyevə sadiqdirlər, ölənəcən də belə qalacaqlar....

Mən buradan cürət edib Cənab prezident İlham Əliyevin qarşısında, xalqın qarşısında üzr istəyirəm. Balam qız övladıdır... Hissələrimi cilovlaya bilmirəm, mümkünsə, məni bağışlasınlar".

Sabiq deputat toyla bağlı yayılan görüntülərdən danışıb və Aysel Teymurzadəni ittiham edib: "Flarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır". 

Sonda o, saytları ittiham edib: "Bir sayt var və fotomu verərək adımdan yazıb ki, kefim kökdür. Mən o sayta xəbərdarlıq edirəm. Əgər iki gün ərzində audiosunu yaymasa mən onları tapıb cəzalandıracam. Çünki deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq şərəfsizlikdir".

Xatırladaq ki, avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar. 

Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi.

İlham Əliyevə onun qudasıa isə 15 sutka həbs cəzası verilmişdi. 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR