Azərbaycanda daha 161 nəfər koronavirusa yoluxdu, 2 nəfər vəfat etdi - 146 xəstə isə sağaldı

img

05-09-2020 [16:45]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilənməlumata görə, son sutkada daha 2 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 37 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib, aktiv xəstə sayı 2 082 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 179, bu günə qədər isə ümumilikdə 956 492 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR