Ramiz Mehdiyev, Əli Həsənov, Abdin Fərzəliyev, yoxsa Kəmaləddin Heydərov? - Cəlaloğlundan çoxsaylı mənzil qalmaqalı ilə bağlı açıqlamalar
05-09-2020 [13:16]
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu xaricdən Azərbaycan hakimiyyətinin ünvanına sərt ittihamlar səsləndirən qardaşı Qurban Məmmədovla bağlı iddialara cavab verib.
Mia.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev və Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Qurban Məmmədova dəstək verməsi barədə iddialar var.
Bildirilir ki, Qurban Məmmədov Nərimanov rayon icra hakimiyyətinin əməkdaşı Nurlan Həsənovla sövdələşməyə gedərək, saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib.
2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC tikinti aparmaq üçün ərazidə söküntü işlərinə başlayıb, Məmmədov təzminat olaraq ona verilən daşınmaz əmlakı qəbul etməyib. Bundan sonra Əli Həsənov rayon icra başçısı Abdin Fərzəliyevə "məsələni həll etməyi" tapşırıb.
Fərzəliyev məsələni uzatmağa çalışıb, amma Ramiz Mehdiyev ona zəng edib və məsələni dərhal Məmmədovun xeyrinə həll etməyi əmr edib. Nəticədə Məmmədova M.Nağıyev küçəsi, 2 a ünvanında tikilən binada üç mənzil verilib. Bu mənzillərin ümumi sahəsi 306,5 kv. m. təşkil edib.
Bundan başqa, Məmmədova 909 kv. m. sahəsi olan qeyri-yaşayış məkanı və 80 kv. metrlik qaraj verilib.
Məmmədov saxtalaşdıma yolu ilə ümumilikdə "Atlant İnşaat" şirkətinin binasında 1295.5 kv. m. ərazi əldə edib.
Məmmədovun bu sahə üçün 1.324.000 manat (təxminən 800 min dollar) ödəməsi haqqında iddialara baxmayaraq, faktiki olaraq, bu pul ödənilməyib.
Bu kimi iddialarla aşağıdakı linkdən daha ətraflı tanış ola bilərsiniz:
Beləliklə, Sərdar Cəlaloğlu "Yenisabah"a açıqlamasında iddia edib ki, deyilənlər böhtandır. Onun sözlərinə görə, Qurban Məmmədov Ramiz Mehdiyev və Əli Həsənovla düşməndir. “Qurban Məmmədovun 5 saylı xəstəxanın yanında 450 kvadrat metrlik ev və həyətyanı sahəsi var idi. Oranı Kəmaləddin Heydərovgil sökürdülər. Qurban Məmmədova da dəyərindən çox-çox aşağı pul təklif edirdilər. O vaxt Qurban Məmmədov “Hürriyət” qəzetində Kəmaləddin Heydərovun əleyhinə yüzlərlə məqalə yazıb. Ondan sonra belə razılıq əldə olundu ki, Qurban Məmmədova Montində həmin evin dəyərində 5 mənzil verildi. Mənzillərin təmirini də öz üzərlərinə götürdülər. Yəni, bu evləri Ramiz Mehdiyevlər Əli Həsənovun verdiyi sadəcə böhtandır. Qurban Məmmədov o evləri Kəmaləddin Heydərovu biabır edə-edə alıb. Gedib araşdıra, “Hürriyyət” qəzetinin arxivinə baxa bilərsiniz”, - deyə ADP sədri bildirib.
Sərdar Cəlaloğlunun sözlərinə görə, Qurban Məmmədovla Əli Həsənov eyni vaxtda oxusalar, tələbəlik illərində bir otaqda qalsalar da, indi düşməndilər. “Qurban Məmmədov vəkillikdən çıxarılandan sonra hakimiyyətin əleyhinə sərt tənqidlər səsləndirirdi. Bir dəfə ABŞ səfirliyində tədbirdə Əli Həsənov mənə yaxınlaşıb dedi ki, Qurbana de tənqidləri dayandırsın, bu məsələni həll edərik.
Əli Həsənov Qurban Məmmədovla eyni vaxtda oxuyub, bir otaqda qalıblar. Hələ mərhum Heydər Əliyevin dövründə Qurban Məmmədov həbs ediləndə Əli Həsənov yazmışdı ki, Qurban Məmmədov dostumdur, amma günahı var. Yəni, münasibətlərimiz olub. Nə isə mən Əli Həsənovun dediklərini Qurban bəyə çatdırdım, o da tənqidləri dayandırdı. Amma bir neçə ay keçdi, onu Vəkillər Kollegiyasına bərpa etmədilər. Qurban da gəlib mənə dedi ki, Əli Həsənov onu aldadıb. Bundan sonra onlar düşmən olublar. Eynilə Ramiz Mehdiyevlə də oxşar münasibətdədir. Yəni, qanlı düşməndilər. Çünki onun vəkillikdən çıxarılmasında Ramiz Mehdiyevin xüsusi rolu olub. Hətta bu məsələyə görə mənimlə də münasibəti kəskinləşdi. Qurban Məmmədov avantüristdir, stabil adam deyil, amma bu məsələdə deyilənlər böhtandır”, - deyə partiya sədri bildirib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub