İlham Əliyev daha bir partiya sədrini təbrik etdi - PA-nın şöbə müdiri deputatla görüşdü
05-09-2020 [13:07]
Sentyabrın 4-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə yeni dövlət qeydiyyatına alınmış Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev arasında görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə ilk öncə Ədalət Vəliyev partiyanın qeydiyyatdan keçməsi münasibəti ilə ölkə başçısı adından Razi Nurullayevi təbrik edib və partiyanın fəaliyyətində uğurlar arzulayıb.
R.Nurullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirərək, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daxilində olan qeyri-sağlam abu-havanı və daxili qarşıdurmaları nəzərə alaraq, öz tərəfdaşları ilə AXCP-dən ayrılaraq yeni partiyanın yaradılması qərarı barədə məlumat verib.
Görüşdə ölkədə aparılan islahatlar, korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam prinsiplər üzərində qurulması, yeni siyasi konfiqurasiyanın formalaşması və iqtidar-müxalifət siyasi dialoqu uğurla həyata keçirildiyini vurğulanıb.
Həmçinin “Siyasi partiyalar haqqında” qanuna dəyişiklərin edilməsi zərurəti, qanunlara riayət edilməsinə nəzarətin gücləndirilməsi, siyasi partiyaların maliyyə hesabatlılığı müzakirə olunub.
Bundan əlavə koronavirus infeksiyasının qarşısının alınmasında dövlət tərəfindən görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla yanaşı, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirəsalınmadan həyata keçirilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Daha sonra iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın qurulmasının nəticəsi olaraq, Milli Cəbhə Partiyası daxil olmaqla son 5 ay ərzində 6 siyasi partiyanın dövlət qeydiyyatına alınması və 10 siyasi partiyanın Qurultayların keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması faktı qeyd olunub.
Görüş zamanı iyulun 12-dən başlayaraq baş vermiş hərbi təxribat fonunda, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların milli həmrəyliyi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında mövqeləri yüksək dəyərləndirilib. 43 siyasi partiyanın birgə bəyanatı, 4 siyasi partiyanın isə ayrılıqda Ali Baş Komandan ətrafında birləşməsi ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının nümunəsi olduğu vurğulanıb.
Bununla yanaşı siyasi partiyaların aktivləşməsi, “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin televiziya, internet TV kanallarında, müxtəlif KİV-də fəal çıxışları müsbət hal kimi qiymətləndirilərək, yeni siyasi konfiqurasiyanın təzahürü olduğu vurğulanıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub