"Yenicag".az 13 yaşını qeyd edir

img

05-09-2020 [11:42]


2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan, hazırda "Yeni Çağ Azərbaycan" Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

Mia.az xəbər verir ki, Yenicag.az Azərbaycanın ictimai-siyasi, siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ və obyektiv qaydada oxuculara çatdırır.

2016-cı ilin dekabrından etibarən, fəaliyyətini genişləndirən Yenicag.az-ın türk və rus dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində həyata keçirilən beynəlxalq media layihələrində yaxından iştirak edir.

Fəaliyyətə başlamasının 13 illiyini qeyd edən Yenicag.az öz oxucularının mənafelərini hər zaman əsas götürərək, onların maraqla qarşılayacaqları yeni və aktual layihələri həyata keçirmək istiqamətində addımlayır.

Bu gün “Yeni Çağ Azərbaycan” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan Yenicag.az ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi 5-6 milyon arasındadır.

 “Yeni Çağ Azərbaycan” Media Qrupuna "Terrorun gülən üzü" və "Səssiz İşğal" araşdırma kitablarının müəllifi Aqil Ələsgər rəhbərlik edir.

Təbriklər!


Digər xəbərlər
SON XƏBƏRLƏR