Sülhəddin Əkbər İlyas İsmayılovla görüşdü - Nələr razılaşdırıldı? + FOTO

img

04-09-2020 [19:17]


Bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılovla Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü sosial şəbəkədəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, həftə ərzində "siyasi elçilik" missiyasını uğurla yekunlaşdıra bilib:

"Bu gün Azərbaycan siyasətində öz təmiz adlarını və mövqelərini, sifətlərini qoruyub saxlamış və bütün mürəkkəb situasiyalarda da milli maraqlarımızın qorunmasının vacibliyini əsas tutan iki dəyərli partiya sədri - "Ədalət" lideri İlyas İsmayılov və "Azad demokratlar"ın lideri Sülhəddin Əkbər bir araya gələrək, ölkədə və bölgəmizdə gedən proseslər haqda geniş fikir mübadiləsi apardılar. Müzakirə olunan məsələlər sırasında ön yeri isə, təbii ki, hazırda Azərbaycan ictimaiyyətinin diqqətində olan bir mövzu - qardaş Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqlik sazişinin imzalanmasının zəruriliyi tutdu".

Sədr müavininin sözlərinə görə, sevindirici haldır ki, hər iki partiya sədri bundan sonrakı fəaliyyətlərində milli maraqlarımızın müdafiəsi istiqamətində davamlı olaraq məsləhətləşmələrin aparılmasına və razılıq əldə edilmiş məsələlərdə ortaq addımların atılmasına qərar veriblər: "Demək ki, insanlar yaxınlaşdıqca, bir-birini tanıdıqca, daha çox şeyə nail olmaq olurmuş".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub