Bu gündən rayonlara gediş-gəliş və restoranlara daxildə xidmət göstərməyə icazə verildi - HÖKUMƏTDƏN QƏRAR
08-09-2020 [00:07]
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarə ilə bu gündən rayonlara gediş-gəliş və restoranlara daxildə xidmət göstərməyə icazə verilib.
Bu barədə Mia.az-a daxil olan məlumatda deyilir:
"Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunmuşdur.
Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilmişdir.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır:
- Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir;
- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).
Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırırıq".
Musa Qurbanlının toy məclisi: şənlik bitdi, söz-söhbət bitmədi - "Toyda musiqinin olmaması hansı dinin və hansı millətin adətidir?"
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və...
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi
6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istəyiblər
XOCALININ DAHA BİR KƏNDİNƏ İLK KÖÇ OLUB
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“1992-ci ildə istefa verəndə Heydər Əliyevə zəng vurdum…” – Həsən Həsənovdan maraqlı açıqlamalar (VİDEO)
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... - İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)
Salyanda 62 yaşlı şəxs güllələnib
Qəzzada ölənlərin sayı 64756 nəfərə çatıb
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - VİDEO
"Artıq Putinə səbrimiz tükəndi" - Trampdan hirsli mesaj
"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? - Qalmaqal + AÇQLAMALAR
Bakıda bu yol bağlanacaq
BDU dərs yükü azaldılıb
Kürşat Zorlu Naxçıvana gəlib
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi: girov götürülən azərbaycanlının öldürülməsi və...
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlar dayanıb"
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
İcra Hakimiyyətinin kotirovka sorğusu baş tutmayıb
İsrail ordusu Tulkərimdə 1000-dən çox fələstinlini həbs edib
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
İSRAİL ANKARA VƏ YA İSTANBULU VURA BİLƏR: "Bizimçün qırmızı xətt yoxdur, Türkiyə buna hazırdımı?" - Yəhidi polkovnikdən qorxunc mesaj
“Müğənni Rəqsanə İsmayılovanın işində bir yenilik yoxdur”
Daha bir şəhid dəfn edildi
Göyçayda şəhid dəfn olunub (Yenilənib)
Sabah yağış yağacaq
Baxçalıdan skandal açıqlama: "Mənə qalsa, yarımsaata qapadaram"
Xalq artisti Sərdar Fərəcovun səhhəti barədə açıqlama yayıldı
Serdar Dursun "Kocaelispor"la anlaşıb
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
"Trabzonspor" Andre Onana ilə bağlı məlumat yayıb
“Azərbaycan Dəmir Yolları”nda vəzifəli əxslər arasında qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və... - Məhkəmə rəhbərliyi günahkar bildi
Minimum maaşı 400 AZN olan ölkədə ağır cərimələr: güzəşt niyə azdır? - Zülfüqar Xeyirxəbər yazır
MHP lideri: "Əgər Ərdoğan yenidən Prezident olmaq istəsə..."
MHP sədri kürd əsilli bələdiyyə sədrləri ilə bağlı qərarın dəyişməsini istəyir: "Biri azad edilməli, digəri isə..."
"Bank Respublika" və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıb
Qurbanovun oğlunun toyunda nəmər yığılmayıb - VİDEO