Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib - Qısqanclıq zəmnində

img

04-09-2020 [16:48]


Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib.

Məlumata görə, qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR