Bakıda yaşayış evinin üstə aşan kran 1 nəfərin ölümünə səbəb oldu

img

04-09-2020 [14:56]


Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.

Səhiyyə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub.

Bildirilib ki, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub: "Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb".

Xatırladaq ki, yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb.

Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: "Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik". 


Digər xəbərlər
SON XƏBƏRLƏR