PROKURORLUQ DAHA BİR DÖVLƏT QURUMUNDA ƏMƏLİYYAT KEÇİRDİ - İlkin açıqlama

img

04-09-2020 [13:09]


Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) əməliyyat keçirib.

Mia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

O bildirib ki, daxil olmuş məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasının nəticəsi olaraq Baş İdarə tərəfindən Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) bir az öncə əməliyyat keçirilib: "Yaxın zamanda bununla bağlı mediaya geniş məlumat veriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR