Prezidentin köməkçisi bu QHT rəhbərləri ilə də görüşdü: nələr müzakirə olunub? - FOTOLAR
03-09-2020 [22:32]
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən 68 QHT-nin rəhbəri ilə görüş keçirib.
Mia.az -ın məlumatına görə, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, insan hüquqlarının müdafiəsi QHT-lərin əsas fəaliyyət istiqamətlərindən biridir: "Dövlətimiz üçün milli maraqlarımızın yerli və beynəlxalq səviyyədə qorunmasında vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakının təmin edilməsi, Ermənistanın 1 milyondan çox vətəndaşımızın fundamental hüquqlarını pozmasının dünya ictimaiyyətinə səmərəli şəkildə çatdırılması, mərkəzi və yerli icra qurumlarının fəaliyyətində şəffaflıq və aşkarlığın artırılması, ictimai nəzarətin gücləndirilməsi prioritet təşkil edir. Buna görə də Şura daima insan hüquqlarının qorunması, demokratik proseslərin dəstəklənməsi və araşdırma sahəsində fəaliyyət göstərən QHT-lərin təşəbbüs və layihələrini maliyyələşdirir".
Şura sədri Prezidentin köməkçisi Hikmət Hacıyevin qeyd olunan istiqamətdə ixtisaslaşmış QHT-lərlə bugünkü dialoqunun onların fəaliyyəti üçün əlavə stimul olacağına və müxtəlif formatlarda bu dialoqun bundan sonra da davam edəcəyinə inandığını bildirib.
Prezidentin köməkçisi Hikmət Hacıyev indiyədək QHT-lərlə keçirdiyi görüşlərdə 200-dən artıq təşkilatın iştirak etdiyini deyib. Hikmət Hacıyev QHT-hökumət dialoqunun ictimai sektorun fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun şəkildə qurulması üçün yeni yanaşmaların müəyyən edilməsi baxımından xüsusi önəm daşıdığını bildirib.
H.Hacıyev bu dialoqun Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin, ictimai nəzarətin daha da gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlığın artırılması, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı siyasi iradəsinin növbəti təzahürü olduğunu bildirib.
Hikmət Hacıyev insan hüquqlarının qorunmasının ümumbəşəri məsələ olmasına baxmayaraq bu sahədə çalışan bir sıra beynəlxalq qurumların Ermənistanın 30 ildən artıq müddətdə Azərbaycan vətəndaşlarının hüquqlarını kobud şəkildə pozması faktına ədalətli və qaneedici səviyyədə münasibət bildirmədiyini qeyd edib. Prezidentin köməkçisi insan hüquqları ilə bağlı selektiv deyil, obyektiv və qərəzsiz mövqe tutan yerli və beynəlxalq təşkilatlarla dialoqa hər zaman açıq olduğunu deyib.
Hikmət Hacıyev beyin mərkəzlərinin müəyyən dövlətlərin, regionun və dünyanın müxtəlif problemlərini tədqiq və təhlil edərək müvafiq təşkilatlara tövsiyələr verən əhəmiyyətli intellektual institutlar olduğunu vurğulayıb. Prezidentin köməkçisi Azərbaycan QHT-lərinin də bu istiqamət üzrə ixtisaslaşmasının və xarici həmkarları ilə beynəlxalq əməkdaşlığı genişləndirməsinin vacib olduğunu deyib.
Görüşdə “Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının koordinatoru Şəhla İsmayıl, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Paşayeva, "Tərəqqi və Demokratiya" İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyinin sədri Ceyhun Musayev, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı, Elmi Tədqiqat "Qafqaz Tarixi Mərkəzi" İctimai Birliyinin sədri Rizvan Hüseynov, "Spektr" sosial-iqtisadi araşdırmalar və inkişaf İctimai Birliyinin sədri Ramil Abbasov, "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Müşviq Ələsgərli, "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri Elçin Mirzəbəyli, Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Anar Əliyev, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin sədri Vüqar Zifəroğlu, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin sədri Kamil Səlimov, "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyinin sədri Xanım Əhmədzadə, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov, "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri Səməd Vəkilov, Azyaşlıların hüquqi maariflənməsinə kömək İctimai Birliyinin sədri Nazlı Zeynalova, "Hüquqi Yardım" İctimai Birliyinin sədri İlqar Qasımov, "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" İctimai Birliyinin sədri Taleh Əliyev, Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin sədri Mütəllim Rəhimov, "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin sədri Rafiq İsmayılov, "Qloballaşan Azərbaycan" Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Anar Əsədli, "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin sədri Mirəli Hüseynov, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin sədri Zaur Qəriboğlu, "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev, "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, Avrasiya Hüquqşünaslar Assosiasiyası İctimai Birliyinin sədri Cavid Hüseynli, "Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədri Aynur Camal, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyinin sədri İlham Əliyev, "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri Nadir İsmayılov, Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin sədri Yadigar Məmmədli, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazov, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradov, "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov, “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva, “Əks-Səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevinc Kərimova, "İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyinin sədri Aynur Nəsirova, "Dinc Dünya" Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Əlisafa Mehdiyev, "Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Cavid Şahverdiyev, Azərbaycan Ormitoloji Mərkəzinin sədri Elçin Sultanov, Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri Nəsrulla Nurullayev, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Hüquqi Təşəbbüslər Mərkəzi İctimai Birliyinin sədri Ziya Quliyev, “İnternyus Azərbaycan” İctimai Birliyinin sədri İlham Səfərov, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu, "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin sədri Eldar Zeynalov, İctimai Yayım və Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Ələsgər Məmmədli və İnsan Haqları Klubu İctimai Birliyinin sədri Rəsul Cəfərov iştirak edib.
Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə belə geniş formatda başladığı dialoqun vacib olduğunu vurğulayaraq belə təşəbbüsün irəli sürülməsini təqdir etdiklərini bildiriblər. QHT rəhbərləri ictimai sektorun və bilavasitə fəaliyyət göstərdikləri sahədə mövcud vəziyyət haqqında danışaraq üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşıdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.
Məlumat üçün qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub