İCRA BAŞÇISI İLƏ PA-nın SABİQ MƏMURLARI HAQDA ŞOK İDDİA YAYILDI - Nərimanov İH elə qəzəbli açıqlama verdi ki...
03-09-2020 [22:07]
Bir neçə gün əvvəl mətbuatda hazırda Londonda yaşayıb fəaliyyət göstərən vəkil Qurban Məmmədova Nərimanov rayonu ərazisində ev verilməsiylə bağlı məlumatlar dərc olunub.
Həmin məlumatda bildirilir ki, Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edib.
Nəticədə, Qurban Məmmədovun 150 kvadratmetrlik köhnə mənzili sanki “plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər verilir. Hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır. Qeyd olunur ki, Qurban Məmmədova Bakının mərkəzində dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı Ramiz Mehdiyev və Əli Həsənov olsa da, bu işin icrasını Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev həyata keçirib.
Sözügedən məsələlərlə bağlı “Qafqazinfo”ya daha maraqlı faktlar daxil olub.
Məlumata görə həqiqətən də Q. Məmmədova ev verilməsi Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun diktəsiylə baş tutub.
Belə ki, Ə. Həsənov Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə zəng edərək Qurban Məmmədova bu qədər əmlakın saxta yollarla verilməsiylə bağlı göstəriş verib.
A. Fərzəliyev tərəddüd edərək daha yuxarı instansiyaya, yəni sabiq PA rəhbəri Ramiz Mehdiyevə müraciət edib. Ramiz Mehdiyev A. Fərzəliyevə ona verilən tapşırıqların dərhal yerinə yetirilməsiylə bağlı göstəriş verib. Bundan sonra Fərzəliyev həmin qeyri-adekvat ərazini Qurban Məmmədova verilməsiylə bağlı sənədləşməni həyata keçirib və evlər ona verilib.
Xüsusi araşdırmalar nəticəsində məlum olub ki, bir neçə il bundan qabaq xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Q. Məmmədov əslində təlimatları birbaşa Prezident Administrasiyasında vəzifə daımış Ramiz Mehdiyev və Əli Həsənovdan alıb. Bununla bağlı hazırda hüquq- mühafizə orqanları tərəfindən xüsusi araşdırma aparılır və müəyyən faktlar ortaya çıxıb. Bundan əlavə, mətbuatda indiyə qədər Q. Məmmədovun Əli Həsənovla tələbə yoldaşı olması, vaxtilə bir yerdə qalması və birgə məclislərdə iştirak etməsiylə bağlı fotolar və sensasiyalı materiallar dərc olunub.
Elə ötən ay qəfil DTX tərəfindən həbs olunan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov həbsinin də məlum hadisələrlə əlaqəli olmasına dair məlumatlar var. Belə görünür ki, Azərbaycanda hökumət daxilində şəbəkələşmiş xəyanət qrupu bir neçə fərqli istiqamətlərdə kurasiya olunurmuş.
Onu da bildirək ki, hazırda Ə.Həsənov müalicə almaq adıyla ölkəni tərk edib. R. Mehdiyev isə nəvəsinə karantin dövründə nümayişkəranə toy keçirtdiyinə və bununla bağlı cəza tədbirləri görüldüyünə görə hökumətə meydan oxumaqda davam edir. Belə ki, R. Mehdiyev üzr istəyib geri çəkilmək əvəzinə hökumətə meydan oxumaqda, ağsaqqal adlandırılmasına baxmayaraq, bu titula adekvat olmayan şəkildə davranışlar göstərib açıqlamalar verməkdə, ölkədəki problemlərin onunla heç bir əlaqəsinin olmadığını iddia etməklə bir qədər də qarşıdurmaya meyilli olmaqda israr edir. Demək olar ki, AMEA-nın rəsmi saytını şəxsi bloq səhifəsinə çevirərək hər gün açıqlamaları ilə müxtəlif qurumları, dairələri şantaj edir. Azərbaycanda dövlətin və onun idarə olunması praktikasına nəzər salsaq, Prezident İlham Əliyev bu kimi məsələlərdə heç vaxt xəyanəti bağışlamayıb.
Belə ki, ölkə başçısının güzəştə getmədiyi yeganə faktor xəyanətdir! Biz buna indiyə kimi ayrı-ayrı məmurların simasında şahid olmuşuq. Bu dəfə də məsələnin xəyanət olduğu sübut olunub. Q. Məmmədova böyük sayda R. Mehdiyev və Ə. Həsənov tərəfindən A. Fərzəliyevin icrasıyla mülkiyyət verilməsinin xəyanət olduğu sübut olunub və bu fakt bağışlanmayacaq!(https://qafqazinfo.az/news/detail/mehdiyevle-hesenovun-qurban-xeyaneti-297317)
***
Xatırladaq ki, Nərimanov İH bu məlumatla bağlı xüsusi açıqlama yayıb.
"Bəzi KİV-də bir müddətdir gedən məlumatlarda xaricdə yaşayan və Azərbaycan Respublikasının əleyhinə cılız fəaliyyət göstərən Qurban Məmmədova guya Nərimanov rayonu ərazisində çoxlu sayda ev verilməsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin də rolunun olması iddiası ilə bağlı bildiririk ki, bu xəbər yalan, qərəzli və hansısa tərəfin qarayaxmasıdır. Onu da bildirək ki, qeyd edilən ünvanda “Atlant-İnşaat” şirkəti təsdiq olunmuş layihə əsasında tikinti işləri aparmışdır.
Həsənoğlu küçəsi 12 ünvanı da Gilan Holdinq tərəfindən inşa edilən tikintinin ərazisinə düşdüyü üçün həmin ünvanda 2 mərtəbəli binalar sökülərək sakinlərin şirkətin M.Nağıyev küçəsi 19/67 ünvanda artıq inşa etdiyi hazır binaya köçürülməsi, kompensasiya verilməsi, sökülən mənzillərin əvəzləndirilməsi və bu kimi digər məsələlər birbaşa şirkət ilə sakinlər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilmişdir. Bütün sadalanan proseslərin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatları KİV nümayəndələri qeyd edilən şirkət ilə də əlaqə saxlayaraq dəqiqləşdirə bilər.
Bu proseslərdə Nərimanov RİH-nin heç bir rəsmi və ya qeyri-rəsmi iştirakı olmamışdır. O cümlədən bu məsələdə heç bir rolu və iştirakı olmayan RİH başçısı Abdin Fərzəliyevin adının qeyd edilməsi qərəzlidir və ikrah hissi doğurur.
KİV nümayəndələrinə bundan sonra qeyri-dəqiq məlumatlar verərkən informasiyanın Nərimanov RİH ilə də dəqiqləşdirməyi məsləhət bilir, jurnalist adına yaraşacaq dərəcədə məsuliyyətli olmağı xahiş edirik"/http://azpolitika.info/?p=602862.
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayət var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...