PREZİDENT YENİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ, KEÇMİŞ MÜAVİN İSƏ... - Fariz Rzayev kimdir? + FOTO

img

03-09-2020 [21:41]


Bu gün Prezident İlham Əliyev Nadir Hüseynovu Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edib.

Bu barədə XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.

Prezidentinin digər Sərəncamı ilə Fariz Rzayev Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib/Report.

Xatırladaq ki, yeni nazir müavini Fariz Rzayev hazırkı işinə qədər Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini vəzifəsində çalışıb.

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir.

2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb.

2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir. Fariz Rzayev 3 İyun 2013-cü ildə Azərbaycan Təhsil Nazirliyinin “Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi”nə müdir vəzifəsinə təyin edilib.

Təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə, daha sonra isə nazirliyinin Aparat rəhbəri vəzifəsində işşləyib.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR