Azərbaycanda qarışıq döyüş növləri üzrə ilk peşəkar liqa yaradılıb
03-09-2020 [16:39]
Azərbaycanda qarışıq döyüş növləri (MMA) üzrə ilk beynəlxalq peşəkar liqa yaradılıb.
Təşkilatçı "International Fighting League"dən (IFL) Mia.az-a verilən məlumata görə, liqa 2020/2021 mövsümünü əhatə edən 4 müxtəlif birincilikdən ibarət olacaq.
Hər liqada minimum 20 döyüşçünün iştirakı ilə 10 görüşün keçirilməsi nəzərdə tutulub. İlk 2 turniri yalnız yerli idmançıların iştirakı ilə təşkil etməyi planlaşdıran təşkilatçılar növbəti 2 yarışı müxtəlif ölkələrdən dəvət olunmuş beynəlxalq reytinqli idmançılarla keçirməyi planlaşdırır.
İdmançılar 57 - 100 kq aralığında müxtəlif çəkilərdə mübarizə aparacaq və liqadakı bütün döyüşlər beynəlxalq reytinq xalları qazandıracaq.
IFL təşkilatını 2019-cu ildə peşəkar MMA döyüşçüsü, ikiqat Avropa və bir dəfə dünya çempionu adını qazanmış Heydər Məmmədəliyev yaradıb. O, liqa ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, bundan əvvəl bir neçə oxşar liqalar yaradılsa da, bu liqa onlardan peşəkar təşkilatı komanda və bütün beynəlxalq standartlara cavab verməsi ilə fərqlənəcək. "Bizim çox güclü yerli idmançılarımız olub və indi də var. Ancaq təəssüf ki, bir çox hallarda onların əksəriyyəti karyeralarını müəyyən səbəblərə görə davam etdirə bilməyiblər. Biz bu liqanı təşkil etməklə, həmin potensiallı döyüşçülərə, professional idmançılara mənəvi və peşəkar dəstək göstərmək niyyətindəyik. Əsas məqsədimiz bacarıqlı yerli MMA peşəkarlarını aşkarlamaq və onların beynəlxaq arenalara çıxışına dəstək göstərməkdir".
Bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulan ilk liqada 20 yerli döyüşçü qalib adı uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu liqa IFL təşkilatının təşəbbüsü və “Sport Marketing Group” şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Hazırda, pandemiya ilə əlaqədar karantin rejimini nəzərə alaraq oktyabrda təşkil olunacaq ilk liqanın tamaşaçısız, video formatında ictimaiyyətə çatdırılması nəzərdə tutulur. Mövcud karantin qaydalarına dəyişikliklər olduğu təqdirdə isə yarışların tamaşaçılara açıq şəkildə keçirilməsi planlaşdırılır.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO