Baş Prokurorluğun əməkdaşı beynəlxalq vebinarda iştirak edib

img

03-09-2020 [16:13]


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin təşkilatçılığı ilə “Mərkəzi və Şərqi Avropada prokurorların funksional müstəqilliyi” mövzusunda Avropa Prokurorlarının Məşvərət Şurası Beynəlxalq Prokurorlar Assosiasiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa hakimləri demokratiya və azadlıq naminə Assosiasiyasının ekspertlərinin, eləcə də qeyd edilən regiona aid ölkələrin prokurorluq orqanlarının nümayəndələrinin iştirakı ilə vebinar keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, vebinarda prokurorların funksional müstəqilliyi sahəsində beynəlxalq standartlar və təcrübələr, prokurorların fəaliyyətində müstəqilliyin təmin edilməsi üzrə təkliflər, COVID-19 pandemiyasının prokurorların işinə, xüsusən də bu şəraitdə  əsas insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi prinsipinə riayət olunması, cinayət qanunvericiliyində xüsusi karantin rejiminin pozulması ilə bağlı dəyişikliklər və digər aktual mövzularda müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Arzu Zeynalabdiyeva iştirak edərək ölkəmizin bu sahədə təcrübəsi barədə iştirakçılara ətraflı məlumat verib, onların çoxsaylı suallarını cavablandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR