QHT Abşeronda yaşayan I və II qrup əlil ailələrinə 80 manatlıq yardım etdi - Açıqlama + FOTOLAR

img

03-09-2020 [11:23]


“Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində 1 milyon şəxsə “COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarıfləndirmə işinin təşkili” layihəsinin icrası davam edir. Artıq 2 aydan artıqdır ki, layihənin icrasını həyata keçirdirik. Layihənin növbəti mərhələsini həyata keçirdik. QHT Şurasının tövsiyyəsi ilə Azərbaycanda koranavirusla mübarizə çərçivəsində aztəminatlı ailələrə ərzaq yardımını yekunlaşdırdıq. Bu gün hörmətli millət vəkilimiz, QHT Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi dövlət qurumu tərəfindən 250 yaxın QHT-nin fəaliyyəti məhz koronavirusla mübarizəyə həsr edilib. Azay Quliyevin rəhbərlik etdiyi qurum minlərlə aztəminatlı ailələrə ərzaq yardım edir.”

Mia.az xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu QHT-lər demək olarkı Azərbaycanın əksər bölgələrində yaşayan aztəminatı ailələrə ərzaq və ya kupon yardım edirlər: ”Söhbət birbaşa minlərlə aztəminatlı ailələrdən gedir. Mən 15 ildən artıqdir ki, həm də QHT sədriyəm. Bizim təşkilat Abşeron rayonunda yaşayan birinci və ikinci qrup əlil ailələrinə yardım etdi. Biz bu ailələrin hər birinə 80 manatlıq “Araz Market” şəbəkəsinin kuponlarını Azərpoçt vasitəsi ilə çatdırdıq. Hər bir ailənin öz ixtiyarına verdik ki, Araz Marketin mağazalarından yaxınlaşıb 80 manatlıq istədiyi ərzaq mallarını ala bilərlər. Məncə, bu daha doğru yanaşmadır. Yaxşı olar ki, ailənin özü müəyyənləşdirdiyi ərzaqı alsın. Bütün bunları rəsmi şəkildə həyata keçirdik. Ancaq bir sıra QHT var ki, məhz Azerpoçt vasitəsi ilə ərzaq bağlamarını aztəminatlı ailələrə çatdırırlar. Hər iki halda QHT Şurası vasitəsi ilə vətəndaşlarımıza az da olsa dəstək olmaqdır.”

QHT sədri Niyaməddin Orduxanlının sözlərinə görə, layihə uyun ayının 20-dən sosial şəbəkələrdə fəaliyyətə başlayıb:

“Facebookda 30 minlik “Niyameddin Orduxanlı” facebook səhifəsi vasitəsi ilə 1 milyon vətəndaşımıza koronavirusla mübarizənin maarifləndirməsini məqsəd qoymuşuq. Təbii ki, söhbət həm də pullu reklam vasitəsi ilə vətəndaşlarımızın maarifləndirməsindən gedir. 2 ay müddətində 600 mindən çox vətəndaşa koronavirusla bağlı məlumat çatdırmışıq. Söhbət koronavirusla mübarizə həsr edilən 75 məlumatdan gedir. Biz bu məlumatları ödəniş əsasında 600 mindən çox şəxsə çatdırmışıq. Bilirsiniz ki, facebook reklam imkanları ödəniş etməklə facebook istifadəçilərinə istənilən məlumatı çatdırmaq olur. Buna ödənişli reklam deyirlər. Facebook istifadəçilərin hər biri “Niyaməddin Orduxanlı” səhifəsinə daxil olub, bu barədə geniş məlumat əldə edə bilər. Bzim layihəmiz  oktaybrın 20-ə qədər davam edəcək. Böyük etimalla bir miylonda artıq vətəndaşımıza koronavirusla bağlı rəsmi və ya maarifləndirici məlumatları çatdıracağıq".

Politoloq bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin virusla mübarizədə həyata keçirdiyi çevrik və doğru qərarları nəticəsində ölkəmizdə ölüm sayı və yoluxma sayı 213 ölkə arasında sonuncu yerlərdədir: “Bütün bunlar məhz cənab Prezident İlham Əliyevin vətəndaşa verdiyi dəyərin nəticəsidir. İlham Əliyev və Mehriban Əliyeva insan amilinə daha çox önəm verir və insanları qoruyur. Mart ayından bu günə qədər Azərbaycanda 37 000 şəxs virusa yoluxub və bunun 34 000 sağalaraq evə buraxilib. Çox təəssüf ki, ölüm sayı 530 olub. Bu da ümumu yolunaların 2% etmir. Ən inkişaf etmiş ölkələri Azərbaycanla müqayisə edəndə bizim ümumi vəziyyətimiz çox yaxşıdır.  Azətminatlı ailələrə, işsizlərə birdəflik yardımın verilməsi, 200 mindən artıq vətəndaşa ərzaq və tibbi yardımların olunması, sahibkarla dəstək və 10 modul tipli xəstəxananın qısa müddətdə tikilməsi barədə sərəncamın olması, Koronavirusa qarşı mübarizə fondunun yardılması və 120 milyon manat vəsaitin toplanması, dövlət büdcəsindən 4 milyard manata yaxı vəsaitin ayrılması məhz İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsiydi. Və biz Avropda, ABŞ-də insanların necə kütləvi şəkildə dünyasını dəyişdiyinin şahidi olurduq. Bir gündə on minlərlə insan həyatını itirirdi. Həmin dövrlərdə bizdə həm yoluxanların, həm də ölənləri saytı həddindın artıq az idi. Bu gün QHT Şurasının da fəaliyyətini xüsusi qeyd etmək istərdim. Şura sədri hörmətli Azay Quliyev Azərbaycanda sərt karantin rejimininə keçiddən sonra yüzlərlə QHT nümayəndəsini virusa qarşı mübairzəyə səfərbər etdi. Ölkənin ən tanınmış QHT sədrlərindən ibarət İctimai Qərargah yaratdı və özünün rəhbərliyi ilə vətəndaşların maarıfləndirilməsi istiqamətinə addımlar atıldı. Onlara video konfranslar keçirdi. Bu gün dövlətin də QHT münasibətinin müsbət mənada dəyişdiyinin şahidi oluruq. Bir necə gündür ki, cənab Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyev QHT sədrləri ilə online görüşlər keçirdir. Və ölkəmizin inkişafında vətəndaş cəmiyyətinin rolunun önəmindən bəhs edilir. Vətəndaşla dövlət arasında təmas yolunu seçən QHT dövlətimizin güclənməsində, qorunmasında, inkişafında yaxından dəstək verməlidir. Necə ki, gər zaman cənab Prezident İlham Əliyev xüsusu olaraq qeyd edir ki, vətəndaş nəzarətini gücləndirməliyik və BİZ BİRLİKDƏ GÜCLÜYÜK!”


Digər xəbərlər
SON XƏBƏRLƏR