"Həm öz tayfasının, həm də bizim nəsilin həyatında Ramiz müəllimin böyük xidməti olub" - Kürəkəni Mehdiyev haqqında nələr dedi? + VİDEO

img

03-09-2020 [11:11]


Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayılıb.

Mia.az xəbər verir ki, bu dəfə Ramiz Mehdiyevin 15 sutka həbs cəzası aalan kürəkəni, sabiq deputat İlham Əliyevin onun şəninə təriflər deməsini təsdiq edən videogöünütü paylaşılıb.

Görüntüdə o, Ramiz Mehdiyevi" böyük siyası xadim" adlandırıb, onun həm öz tayfasının, həm də yeni qohumlarının həyatında böyük rolu olduğunu qabardıb.

Xatırladaq ki, sabiq millət vəkili, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Toyda iştirak edən qonaqlar isə cərimələnib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən, Azərbaycanda toy və kütləvi tədbirlərin keçirilməsi qadağan edilib

Meydan.Tv-nin toydan yaydığı yeni görüntüləri təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR