"...çoxlarının duyğuları üzərində asanlıqla oyun qura bilirlər" - Deputat "Niyə məni və Razi Nurullayevi MM-də yanaşı otuzdurublar?" dedi 

img

03-09-2020 [09:58]


“Qeydiyyatda olanların bəzilərinin ReAl-ın qeydiyyata alınmasına mənfi münasibətini anlamaq mümkün olsa da, onu anlayışla qarşılamaq olmur. Biz illərlə qeydiyyatsız olduq. Bununla belə, başqaların qeydiyyatda olmalarını heç zaman sorğulamadıq, qeydiyyatın nəyinsə göstəricisi olduğunu söyləmədik. Bu gün də bunu etmirik”.

Mia.az.az xəbər verir ki, bu barədə deputat, ReAl Partiyanın funksioneri Erkin Qədirli daha sonra belə deyib: 

Razi Nurullayev məsələsinə gəlincə. Əli Kərimlinin müavini olanda yaxşı sayılan, Əli Kərimlidən uzaqlaşandan sonra pis qələmə verilən Razi Nurullayevlə bağlı nə duyğum var, nə də düşüncəm. Bu, ReAl üçün mövzu deyil. Niyə məni və Razi Nurullayevi MM-də yanaşı otuzdurublar? Niyə ReAl-ı və MCP-ni bir gündə qeydiyyata alıblar? Doğrusu, bilmirəm. Bu haqda heç düşünmürəm də. Amma israr edən varsa, gümanımı yaza bilərəm. Müxalifətdə və vətəndaş cəmiyyətində düşüncəsiz ortamı yaxşı bildiklərindən, çoxlarının duyğuları üzərində asanlıqla oyun qura bilirlər. Mən bu oyunların heç birində yoxam. Biz, ReAl olaraq, başqa oyun oynayırıq, oyunumuzu da özümüz qururuq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR