Toy, nişan, xınayaxdı kimi mərasimlər müvəqqəti keçirilməyəcək - Türkiyədə

img

03-09-2020 [09:32]


Sentyabrın 4-dən Türkiyədə toy, nişan, xınayaxdı s. və bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  təlimatına əsasən, toy mərasimləri yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində nikah bağlanmaqla 1 saatadək başa çatacaq.

Bununla əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətin valiliyinə sərəncam göndərib.

Sərəncama görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq. Nikah mərasimində oyun oynanması, kütləvi yemək-içmək qadağandır.

Bundan başqa, nikah mərasimlərinə ən azı bir dövlət məmuru qatıla bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR