TAKSİ QALMAQALI: "Bu kafada olanlar dərk etəməlidir ki..." - İqtisadçı və hüquqşünasdan BNA-ya sərt ittihamlar
02-09-2020 [17:39]
Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev taksi xidməti ilə bağlı vahid tarif sisteminin tətbiqi və vahid dispetçer mərkəzinin yaradılması təklifinə aydınlıq gətirərkən ictimai narazılığa səbəb olan yanaşma sərgiləyib.
“Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil”, - deyə BNA-nın şöbə müdiri bildirib. Hikmət Babayev bu fikirlərinə görə ictimai tənqidə məruz qalıb.
Mia.az xəbər verir ki, Yenisabah.az mövzunun aktuallığını nəzərə alaraq məsələ barədə iqtisadçı ekspert Natiq Cəfərli ilə danışıb.
Ekspert hesab edir ki, Hikmət Babayevin açıqlaması həm məntiqə ziddir, həm də vətəndaşların aşağılanmasına yönəlib.
“Əvvəla, taksi xidməti kosmos turizmi deyil ki, ancaq varlı insanların imkanı çatacaq xidmət kimi təqdim olunsun.
İkincisi, ictimai nəqliyyat normal işləsəydi, sıxlıq olmasaydı, insanlar bir-birinin üzərində getməsəydi yəqin ki, taksi xidmətindən istifadə edənlərin də sayı çox olmazdı. Metro bağlıdırsa, avtobuslar normal çalışımırsa, bütün dünyada ictimai nəqliyyat pandemiya şəraitində virusun yayılma ocağı kimi qəbul olunursa, insanların taksidən istifadə etməsi təbiidr. Bu, dünyanın hər yerində belədir.
Məsələyə bu nöqteyi-nəzərdən baxmaqdansa, elitar bir yanaşma sərgiləmək məntiqsizlikdir”, - deyə Natiq Cəfərli bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycanda taksi xidməti yeganə sahədir ki, burada rəqabət mühiti var: “İki devalvasiyaya və benzinin bahalaşmasına baxmayaraq taksilərin qiyməti ucuzlaşıb. Çünki bu sahədə rəqabət mühiti var. Onlarla şirkət, minlərlə sahibkar bu sahədə rəqabət mühitində çalışır. Yəni, taksi xidməti dövlətin müdaxiləsi olmadan liberal bazar qaydalarına uyğun inkişaf edən nadir sahələrdən biridir. Ona görə də düşünürəm ki, taksi xidmətində inhisar elementlərinin peyda olması, yaxud dövlətin bu sahəyə müdaxilə etmək cəhdi xidmətin keyfiyyətinə mənfi təsir göstərəcək, qiymətlə isə bahalaşacaq”.
Natiq Cəfəli qeyd edib ki, vahid tarif sisteminin tətbiqi və vahid dispetçer mərkəzinin yaradılması ilə bu sahəni tənzimləmək mümkün olmayacaq. “Heç SSRİ bunu edə bilmədi. SSRİ-nin güclü vaxtında da vahid tarif sistemi və vahid dispetçer mərkəzi var idi. Amma buna baxmayaraq bir çox vətəndaş şəxsi avtomobilidə taksi fəaliyyəti ilə məşğul olurdu. Onlara “xalturşik” deyirdilər. Əgər SSRİ bunun qarşısını ala bilməyibsə, indiki internet çağında Azərbaycan bunu necə edəcək?! Məntiqsizlikdir başdan ayağa”, - deyə ekspert vurğulayıb.
Bu məsələyə hüquqşünas Ələsgər Məmmədli də münasibət bildirib.
Hüquqşünas Hikmət Babayevin fikirlərini xatırladaraq deyib ki, bunu deyən şəxsin Konstitusiyadan xəbəri yoxdur: “Konstitusiyanın preambulasında aydın ifadə edilib ki:
"- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək"- məqsədi ilə dövləti və onun konstitusiyasını xalq yaradıb.
BNA rəsmiləri və onları yönləndirənlər bilməlidir ki, Konstitusiyanın 15-ci maddəsi belə əmr edir:
“Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.
Bu kafada olanlar dərk etəməlidir ki, Azərbaycanda dövlət həm də sosial dövlət prinsipini mənimsəyib. Konstitusiyanın 16-cı maddəsi:- " Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır", -deyir.
BNA rəsmisi dərk etməli idi ki, istədiyində qiymətlərinə əlçatmayan taksidən seçkin bir kütləni təmsilən istifadə etməli deyil, hər kəsin müəyyən imkanları olmalıdır ki, layiqli həyat yaşasın. Onsuz da BNA rəsmiləri, onların tabeliyində olduğu Nazirlər Kabineti rəsmiləri ilə dəyəri yüz min manatla ölçülən maşınla AA seriya altında istəqdiyi qədər rahat və "layiqli və seçkin" həyatlarını sürdürür”.
Ələsgər Məmmədli həmçinin əlavə edib ki, BNA-nın hüquqi statusu da mübahisəlidir: “2012-ci ildə Prezidentin qəbul etdiyi Yerli icra hakimiyyətləri haqqında Əssasnaməyə əsasən (3.9.1.) müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyətinin səlahiyyətindədir. Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanı deyil, Konstitutsion qurumdur və Konstitusiya ilə səlahiyyətləri müəyyən edilib. Bu səlahiyyətin Bakı Şəhər İcra Hakimittərinin əlindən alınıb, Nazirlər Kabineti yanında BNA-ya verilməsi hüquqa ziddir.
Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin səlahiyyətləri bunlardır, unudanlar bir də baxsın.
Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir”.
Sel Siyəzəndə körpünü apardı - FOTO
İLHAM ƏLİYEV GÜRCÜSTANA GETDİ (YENİLƏNİR)
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO