Azərbaycanda daha 154 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib - 139 nəfər sağalıb

img

02-09-2020 [17:12]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 36 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib, aktiv xəstə sayı 2 078 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 730, ötən müddət ərzində isə ümumilikdə 935 396 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR