Salyanda avtomobil piyadaları vurub

img

02-09-2020 [15:24]


Salyan rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Kərimbəyli kəndində baş verib.

Belə ki, kənd sakini, 1957-ci il təvəllüdlü Axundova Lətifə Əlihüseyn qızı yolu keçmək istəyən zaman minik avtomobili vurub.

Digər hadisə isə rayonun Parça Xələc kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Bağırova Simuzər Ağababa qızı yolda gedərkən “Mersedes” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki piyada  Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR