DİN Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb

img

02-09-2020 [12:32]


Daxili İşlər Nazirliyi Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirlinini mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C. Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub. Nəticədə X. Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR