Marneuli rayonunun meri vəzifəsini tərk edib - Seçkiyə görə

img

01-09-2020 [18:57]


Gürcüstanda deputatlığa namizəd olan Marneuli rayonunun meri Zaur Darğallı vəzifəsini tərk edib.

Buna səbəb bu gündən seçkiöncəsi 60 günlük təbliğat-təşviqat kampaniyasının başlamasıdır.

Merin səlahiyyətlərini onun müavinlərindən biri icra edəcək.

Z.Darğallı bu gündən seçicilərlə görüşlərə start verib. 

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin olunub. Z.Darğallı majoritar deputatlıq mandatı uğrunda Marneuli-Qardabani dairəsi üzrə mübarizə aparacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR