Dərslərlə bağlı müvəqqəti qaydalar hazırlanıb - 10 günə Nazirlər Kabinetinə təqdim ediləcək
01-09-2020 [18:00]
“Təhsil Nazirliyi ölkədə sanitar-epidemioloji vəziyyəti diqqətdə saxlayır və prosesin əvvəlindən təhsilin mümkün qədər səmərəli təşkili istiqamətində ciddi tədbirlər görür”.
Bunu “Təhsildə Yeni Çağırışlar” Beynəlxalq Onlayn Forumunda çıxış edən Təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib.
Onun sözlərinə görə, Təhsil nazirinin və Nazirliyin yüksək vəzifəli şəxslərinin təhsil sisteminin bütün iştirakçıları - şagirdlər, valideynlər, müəllimlər, direktorlar, tələbələr, ali və peşə məktəblərinin müəllimləri ilə görüşləri keçirilir: “Eyni zamanda, ictimai rəy öyrənilir və məlumatlar təhlil edilir. Sağlamlıqla təhsil hüquqları dövlətimiz, o cümlədən də Təhsil Nazirliyi üçün çox vacibdir. Bu, hər bir qərarda öz əksini tapır. Bu hüquqların təmin olunması istiqamətində Təhsil Nazirliyi gərgin iş rejimində çalışır. Eyni zamanda, qlobal səviyyədə Ümumdünya Səhiyyə Təşkilatının və UNICEF-in tövsiyələri nəzərə alınır. Nazirlik tərəfindən ölkə ərazisində mövcud məktəblərin sahəsi, şagird sıxlığı, epidemioloji vəziyyət nəzərə alınaraq differensial yanaşmanın tətbiq olunması təklif edilib. 29 avqust 2020-ci il tarixində Nazirlər Kabinetinin 312 saylı qərarı ilə “Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin tənzimləyən qrafik” müəyyən olunub”.
Müşavir deyib ki, məktəbəqədər təhsil müəssisələrinin sentyabrın 15-dən, ümumtəhsil müəssisələrində əvvəl ibtidai, daha sonra isə orta və tam orta təhsil səviyyəsinin mərhələli şəkildə fəaliyyətə başlaması nəzərdə tutulur: “Peşə təhsili müəssisələrində, oktyabrın 1-dən qısamüddətli kursların, oktyabrın 15-dən peşə təhsilinin bütün səviyyələri üzrə, ali və orta ixtisas təhsili müəssisələrində I kurs tələbələri üçün oktyabrın 1-dən, II və yuxarı kurs tələbələri üçün əsasən məsafədən təhsil barədə qərar verilib. Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin, təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları üzərində çalışır və bu qaydaları 10 gün ərzində Nazirlər Kabinetinə təqdim edəcək. Burada əsas prinsiplərimiz öyrənənlərin və öyrədənlərin sağlamlığı, təhlükəsizliyi və səmərəli iş imkanlarının nəzərə alınması, məsafədən tədrisin təşkili, təhsilin qiymətləndirilməsi prosesinə önəm verməkdir. Eyni zamanda, dəyişən vəziyyətə uyğun olaraq qərarların qəbul edilməsi də Nazirlik tərəfindən daim diqqətdə saxlanılacaq”/APA.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"