Ramzi Mehdiyev YAP-dan xaric olunacaq? - YAP-çı deputat "Axı niyə çıxmalıdır?" deyir, qocaman YAP-çı isə...
01-09-2020 [17:39]
Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevlə bağlı müzakirələr səngimir. Əslində, Mehdiyev özü dalbadal bəyanatları ilə buna rəvac vermiş olur.
Avqustun 18-də qız nəvəsinə edilən toy məclisindən sonra daha çox ictimaiyyətin qınağına, tənqidlərinə tuş gələn AMEA rəhbəri geri çəkilmək, üzr istəmək əvəzinə, əks addımlar atır.
Son olaraq, o, Azərbaycanın xarici siyasətini, mətbuatını, ziyalılarını, diasporunu tənqid edib. Bunu aidiyyəti sahənin adamları hiddətlə qarşılayır. PA-nın keçmiş rəhbərinin sərt cəzalandırılması yönündə tələblər getdikcə artmaqdadır.
Bütün baş verənlərin fonunda indi əsas müzakirə istiqaməti onu hansı taleyin gözlədiyi, aqibətinin necə olacağı ilə bağlıdır.
Akademikin mənsub olduğu Yeni Azərbaycan Partiyasından çıxarılıb-çıxarılmayacağı da çoxlarını düşündürür.
YAP-çı deputat, hakim partiyanın Siyasi Şurasının üzvü Musa Quliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, hazırda Yeni Azərbaycan Partiyasında rəhbər strukturlarda təmsil olunan şəxslərdən kiminsə qurumdan xaric olunması məsələsi gündəmdə deyil: “Bu məsələ aktual da deyil. O ki qaldı partiya üzvünə hər hansı bir cəza verilməsi, yaxud xəbərdarlıq alması, partiyadan çıxarılması, bu, onun mənsub olduğu ilkin partiya təşkilatının qərarı əsasında olur. Amma hazırda partiya rəhbərliyindəki şəxslərin hər hansı biri barədə belə bir məsələ gündəmdə deyil”.
Deputat R.Mehdiyevin YAP-dan çıxarılmasına heç bir əsasın olmadığını düşünür: “Axı o, niyə partiyadan çıxarılmalıdır ki? Hər hansı bir şəxs, vətəndaş toy edirsə, o, hansısa bir qanunu pozur. Toy edən şəxs də, toyda iştirak edənlər də, cərimə olunublar və demək olar ki, hamısı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunublar. Amma bununla bağlı kimisə partiyadan çıxarmaq məsələsi hazırda gündəmdə deyil”.
YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı, sabiq deputat Maksim Musayev isə Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasında heç bir perspektivini görmədiyini dedi: “Ramiz çoxdan partiyadan qovulmalı, cəzalandırılmalı idi. Ramizdən başqa partiyadan uzaqlaşdırılası, cəzalandırılası adamlar çoxdur. Düzdür, icra başçıları həbs ediləndən sonra Əli Əhmədov bir iclas keçirdi. O Ramiz Mehdiyev haqqında da xala-xətrin qalmasın bir cümlə işlətdi. Partiyanın daxili siyasətini nə günə qoyduqlarını yaxşı bilirik. Hətta iş o yerə çatıb ki, partiyada Ramiz Mehdiyev haqqında haqlı olaraq bir fikir söyləmək gücündə olan şəxslər demək olar ki, qalmayıb”.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub