"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri məlum oldu

img

01-09-2020 [15:23]


"Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. 

Mia.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Türkiyənin "Qalatasaray" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Flaqman növbəti raunda yüksəlsə, yenə matçını evdə keçirəcək. 

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 24 sentyabrda gerçəkləşəcək. Sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR