"Türkiyənin mövqeyini qəti müdafiə edəcəyik" - Milli Məclisin deputatı

img

01-09-2020 [14:05]


“NATO Parlament Assambleyasında 5 komitə – Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat, Mülki Ölçüyə Nəzarət komitələri fəaliyyət göstərir. Dünən Siyasi Komitənin onlayn iclası keçirilib”.

Bunu APA-y açıqlamasında Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, Komitənin gündəliyindəki əsas məsələlər Avropa İttifaqı - NATO əlaqələri və Balkanlardakı vəziyyətlə bağlı olub: "Onlayn iclasda bu iki əsas məsələ müzakirə olundu. Eyni zamanda məruzədə dünyada koronavirus pandemiyası ilə əlaqədar duruma da toxunuldu”.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri nəzərə çatdırıb ki, sentyabrın 2-də NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin onlayn iclası keçiriləcək: “Bizim komitədə əsasən, NATO-Rusiya münasibətləri və Aralıq dənizindəki vəziyyət müzakirə olunacaq. Onu da deyim ki, Azərbaycan artıq rəsmən Aralıq dənizindəki məsələ ilə bağlı mövqeyini ortaya qoyub. Əgər imkan yaransa, iclasda çıxış edərək Türkiyənin mövqeyini qəti müdafiə edəcəyik. Çünki Aralıq dənizi ilə bağlı Türkiyənin mövqeyi tamamilə beynəlxalq hüquqa uyğundur. Digər komitələrin gündəliklərinə daxil edilmiş məsələlər növbəti günlərdə bizə təqdim olunacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR