Məktəblərdə dərslər necə təşkil olunmalıdır? - Rəylər
01-09-2020 [13:59]
Nazirlər Kabineti Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin tarixlərini təsdiqləyib.
Sentyabrın 15-də tədris ibtidai siniflərdə əyani formada bərpa olunacaq, V-XI siniflərdə isə onlayn qaydada dərslər keçiriləcək.
V-IX sinif şagirdləri oktyabrın 1-də, X-XI sinif şagirdləri həmin ayın 15-də ənənəvi şəkildə məktəbə gedəcək. Oktyabrın 1-dən isə məktəbəhazırlıq qruplarında tədris başlayacaq.
Təhsil Nazirliyi ibtidai siniflər üçün əyani dərslərin həftədə 2-3 dəfə keçirilməsi təklifi ilə çıxıb edib. Ancaq tədrisin necə və hansı formada təşkil olunması ilə bağlı yekun qərar hələ verilməyib, müzakirələr davam edir. Təhsil Nazirliyi sentyabrın 8-ə qədər tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarını hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu gün valideynləri düşündürən bir sual var: dərslər hansı formada və necə keçiriləcək?
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Report.az-a bildirib ki, hər ilin əvvəlində yeni tədris planı təsdiqlənir: “Həmin planla hər bir sinif üzrə hansı fənlərin neçə saat keçirilməsi müəyyən olunur. Bu il həmin tədris planı uyğunlaşdırılıb. Məsələn, şagirdlərin kimya fənni üzrə keçəcəkləri dərslərin saatı olduğu kimi qalır. Ancaq qarşılığında məktəblərə təklif veririk ki, həmin fənnin 1 saatını virtual, digər saatını isə real vəziyyətdə keçsinlər. Əgər dərsin virtual rejimdə keçirilməsi üçün imkan yoxdursa, bunu kompensiya etmək üçün teledərs layihəsi var. Bu il də layihə davam etdiriləcək. Odur ki, bütün dərslərin izahı olacaq. Hərdən çox insan deyir ki, bu, effekt vermir. Məncə bu, unikal şansdır. Çünki teledərslərə ölkənin ən yaxşı müəllimləri dəvət olunur”.
Vəfa Yaqublu
Şöbə müdiri əlavə edib ki, dərslərin başlama və bitmə vaxtının sürüşən qrafik üzrə olmasına görə məktəblər üçün təlimatlar hazırlanır: “Gözləmirik ki, I yarımil üzrə bütün məktəblərdə eyni saatda, misal olaraq səhər saat 08.00-da zəng çalınsın. Mümkündür ki, zəngin çalınması bir sinif üçün saat 08.00-da, digərində isə 09.00-da olsun. Dərslər arası tənəffüs vaxtları da müxtəlif olacaq. Təbii ki, bu da məktəblərdə şagird sıxlığını azaldacaq. Əvvəl deyirdik ki, məktəblərdə bir növbəlilik olsun, ancaq indiki vəziyyət çox növbəliliyi tələb edir”.
Təhsil eksperti Hümeyir Əhmədov “Report”a açıqlamasında bildirib ki, hazırda nazirlik tədris sisteminin müvafiq icra mexanizmlərini hazırlayır: “İbtidai sinifdə təhsil alan şagirdlərin bəzilərinin valideynləri rayondadır və onların paytaxta gəlməsi məsələsi də hazırlanacaq mexanizmlərdə öz əksini tapacaq. Yaxud da xəstələnən şagirdi dərsə gətirmək olmaz. Müəllimlər ibtidai siniflərdə dərsi adi qaydada keçəcəklər”.
Qeyd edək ki, hökumətin tədrislə bağlı qərarı noyabrın 2-dək qüvvədədir. Təhsil müəssisələrində sonrakı mərhələlərdə tədrisin hansı formada davam etdirilməsi ilə bağlı da mövcud şəraitə uyğun olaraq qaydaların hazırlanması, yeni qərarların qəbulu gözlənilir.
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib