İspaniya La Liqasına vəsiqə qazanan komandanın 3 üzvü koronavirusa yoluxub 

img

01-09-2020 [13:50]


Futbol üzrə İspaniya La Liqasına vəsiqə qazanan "Kadis"in 3 üzvü koronavirusa yoluxub. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, onlardan ikisi futbolçu, biri isə məşqçidir.

Həmin şəxslərin adları açıqlanmayıb və onlar təcrid olunublar. Komandanın bu günə nəzərdə tutulan məşqi ləğv edilib. 

Qeyd edək ki, La Liqada 2020/2021 mövsümü sentyabrın 13-də başlayacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR