Goranboyda avtomobil qəzası: ölən və yaralanan var

img

31-08-2020 [21:57]


Goranboy rayon Safıkürd kəndində 1 nəfərin ölümü daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hərəkətdə olan minik avtomobilinin ağaca çırpılması nəticəsində, 1993-cü il təvəllüdlü Samir Xanlarov hadisə yerində ölüb. Avtomobildə olan digər şəxs, 20 yaşlı Əli Məmmədov isə müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılıb.

Yaralı ağır kəllə-beyin travması alıb və vətandaşlar tərəfindən Goranboy Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR