Prezidentin köməkçisi daha 41 QHT rəhbəri ilə görüşdü: nələr müzakirə edilib?
31-08-2020 [21:00]
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən 41 QHT-nin sədri ilə görüş keçirib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən Mia.az-a verilən məlumata görə, Şura sədri Azay Quliyev bildirib ki, QHT-hökumət dialoqu çərçivəsində təşkil edilən 4-cü görüş ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarladır.
Azay Quliyev Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı verdiyi tapşırıqlar sırasında su ehtiyatlarının qiymətləndirilməsinin də olduğunu nəzərə alaraq Prezidentin köməkçisi Hikmət Hacıyevin sudan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşünün xüsusi önəm daşıdığını deyib.
Hikmət Hacıyev bugünkü görüşün əhəmiyyətinə toxunaraq ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən QHT rəhbərlərinin prioritet hesab etdiyi fikir və ideyalarını dinləmək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək istədiyini bildirib. H. Hacıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına xüsusi diqqət göstərilir.
Hökumətin ekologiya və su təsərrüfatı sahəsində fəaliyyət göstərən QHT-lərlə yaxından əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən Hikmət Hacıyev xüsusi olaraq vurğulayıb ki, 23 iyul 2020-ci ildə su təsərrüfatının vəziyyətinə həsr olunan onlayn müşavirədə Prezident İlham Əliyev ictimai nəzarətin həyata keçirilməsində QHT-ləri fəal olmağa çağırıb.
Hikmət Hacıyev region üçün ciddi təhlükə mənbəyinə çevrilən “Metsamor” AES-dən Ermənistanın həm də radioaktiv maddələrin qaçaqmalçılığı üçün istifadə etdiyini bildirib. Prezidentin köməkçisi ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini "Çernobl" Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən "Metsamor" AES-in yaratdığı təhlükəyə yönəltməyə çağırıb.
Prezidentin köməkçisi Ermənistanın ölkəmizə qarşı ekoloji terrorizm və onun tərkib hissəsi olaraq “su terroru” siyasəti apardığını və Avropa Şurası Parlament Assambleyasının 2016-cı ildə “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında xüsusi qətnamə qəbul etdiyini deyib. Hikmət Hacıyev işğal edilmiş ərazimizdə yerləşən Sərsəng su anbarından Azərbaycan vətəndaşlarının su təminatının, kənd təsərrüfatı fəaliyyətinin pozulması, ərazinin biomüxtəlifliyinin məhv olması kimi zərərli və təhlükəli məqsədlər üçün istifadə etdiyini qeyd edib.
Daha sonra Hikmət Hacıyev bildirib ki, Azərbaycan əhalinin sağlamlığının qorunması üçün görülən işlərə və bu sahədə yaradılan müasir infrastruktura görə də seçilir.
Hikmət Hacıyev Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin vəhşicəsinə və qanunsuz istismarı nəticəsində ekoloji tarazlığın kobud şəkildə pozularaq təhlükəli həddə çatdığını bildirib. Prezidentin köməkçisi QHT-lərin dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji terrorun fəsadları barədə davamlı və sistemli şəkildə məlumatlandırmasının, işğalçı ölkədən beynəlxalq təşkilat və məhkəmələrə müraciət etməsinin zəruri olduğunu qeyd edib.
Prezidentin köməkçisi dövlətin QHT-lərdən çalışdıqları istiqamət üzrə ictimai nəzarətin həyata keçirilməsində yaxından iştirak etmək, əhalini ətraf mühitin qorunmasında fəal iştiraka, habelə sudan səmərəli istifadə etməyə təşviq edən maarifləndirmə kampaniyaları təşkil etmək, innovativ ideya və təkliflərlə çıxış etmək, sudan səmərəli istifadə ilə bağlı mövcud olan problemləri öyrənmək üçün araşdırmalar aparmaq, əsaslandırılmış təkliflər vermək, dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmək, beynəlxalq ekoloji QHT hərəkatlarında və şəbəkələrində təmsil olunmaq, beynəlxalq ekoloji kampaniyalarda (Ətraf Mühit Günü, Dünya Yer Günü, Dəniz Günü, Dünya Su Günü və s.) Azərbaycan vətəndaş cəmiyyətinin dəstəyini ifadə etmək kimi gözləntilərinin olduğunu deyib.
"İnter" Türkiyə millisinin üzvü iə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib