Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları təxirə salınıb

img

31-08-2020 [17:35]


Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları təxirə salınıb. 

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunlar koronavirus pandemiyası ilə əlaqədar müvafiq milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında təxirə salınıb. 

Qeyd edək ki, Azərbaycan – Moldova matçı sentyabrın 16-da, digər görüş isə 6 gün sonra planlaşdırılırdı. 


Digər xəbərlər
SON XƏBƏRLƏR