"Qoy bir balaca hiss etsin ki, cəmiyyətə bu əziyyəti niyə verirdi?" - Arif Əliyevlə Bahəddin Həzidən Ramiz Mehdiyevə mesaj
31-08-2020 [17:19]
Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Ramiz Mehdiyev son məqaləsində ölkə mediasının vəziyyətinə də toxunub.
Sitat: "Hamımıza yaxşı məlumdur ki, Azərbaycan KİV-lərinin bir çoxu davamlı olaraq öz auditoriyasını itirməkdədir. Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik? Ölkə başçısı öz tərəfindən milli mətbuatımızın inkişafı üçün əlindən gələni edib...".
O, məqalənin sonlarına doğru bunları qeyd edib: "Düzdür, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır. Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir..."
Bakı Media Klubu portalının rəhbəri, tanınmış jurnalist Arif Əliyev AMEA prezidentinin fikirlərini "Azadlıq" radiosuna şərh edərkən deyib ki, nə qədər paradoksal olsa da, Ramiz Mehdiyevin söylədiklərinin hamısı doğrudur: "Amma burada maraqlı bir cəhət var: Yəni insan doğrudanmı hakimiyyətdən getdikdən sonra birdən-birə belə ağıllanır, hər şeyi dərk etməyə başlayır?
R.Mehdiyev bütün indiki siyasi sistemi uzun illər yaradan, başında dayanmış şəxsdir və sanki bu dəhşəti bu gün birdən-birə görüb. Axı, redaktorlarla cümə günü iclasları R.Mehdiyevin yanında keçirilib. Göstərişlər oradan verilib. Bu media oradan eybəcərləşdirilib. Uzunmüddətli bu dağıtma prosesinin başında dayanmış şəxslərdən biridir".

A.Əliyevin fikrincə, R.Mehdiyevin mesajları siyasi mesajlardır, cəmiyyətə ünvanlanmayıb. Onun sözlərinə görə, R.Mehdiyev heç vaxt cəmiyyətlə danışmayıb: "Bu mesajlar ali siyasi elitaya ünvanlanıb. Onların, təəssüf ki, doğruluğunu təsdiq etməklə bərabər, indiki vəziyyətdə həlli variantını görmürük. Situasiya belədir".
A.Əliyev R.Mehdiyevin bu sistemi haqsızlıqda, birtərəfli yanaşmada qınamasına münasibətini isə belə ifadə edib: "Bax, yaratdığınız o jurnalistikadır, o ideologiyadır, indi buyurun, qarşılayın. 25 il bu sferaya rəhbərlik etmiş şəxs indi bu sferadan dad çəkir. Qoy bir balaca hiss etsinlər ki, bu cəmiyyətə bu əziyyəti niyə verirdilər? İndi bunu necə düzəltmək mümkündür?".
"Bizim Yol" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bahəddin Həziyev isə "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, Ramiz Mehdiyev bu məqaləsi ilə "Mən getdim, mətbuatı idarə edə bilmirsiniz, ictimai kələfin ucunu itirmisiniz, mənim yanaşmama qayıdın" mesajlarını vermək istəyir.
"Onun məqsədi odur ki, hakimiyyət mediaya açılım etməsin, əksinə, daha da sıxsın. O zaman medianın hakimiyyətdən narazılığı artacaq və hakimiyyətdən narazı klanlara, qruplara sığınmaq istəyəcək. Yəni media açılım gözlərkən daha çox basqı ilə üzləşərsə, istər-istəməz köhnə klanın, yəni keçmiş administrasiya rəhbərinin qucağına düşəcək. Buna ümid edir" - deyə, B.Həziyev qeyd edib.

Baş redaktor bildirib ki, R.Mehdiyev məsələyə Qarabağ problematikası üzərindən daxil olsa da, əslində daxili siyasi düzəni nəzərdə tutaraq gəzişmələr edir: "Eyni zamanda, "Üzərimə gəlməyin, ictimai proseslərin idarə olunmasında Sizə dəstək verim, mənə ehtiyacınız var" deyə, ölkə rəhbərliyinə mesaj verir.
"Ziyalılar susur, media susur" deməklə bu institutların hakimiyyətə dəstəyinin kifayət səviyyədə olmadığına, hələ də ən yaxşı halda gözləmə mövqeyi tutduğuna işarə edir. Akademiyada, universitetlərdə özünə qarşı hərəkətlənmənin olmamasından, az-çox nüfuzlu ziyalıların gözləmədə dayanıb susmasından, hətta Yazıçılar Birliyinin sədri Anarın da "Ramiz Mehdiyevin nəvəsinin toyu borcuma qalıb?!" deməsindən Mehdiyev cəsarətlənib. Həmçinin Şoyqunun Bakıda gözümüzün içinə söylədiyi yalanlar, Xarici İşlər nazirimizin Moskvada qarşılanmasının aşağı səviyyəsi ona cəsarət verib".
Bahəddin Həziyev hesab edir ki, hakimiyyət onun qarşısında geri çəkilsə, çox arzuolunmaz nəticələr doğura bilər: "Köhnə təfəkkürdən imtina edib yeni açılımlara getməkdən başqa doğru yol görünmür".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub