Biləsuvarda iki nəfər karnotiklə tutuldu - FOTO

img

31-08-2020 [12:10]


Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri saxlanılıb.

Məlumata görə, Biləsuvar şəhər sakinləri M.Güləliyev və E.Bayramov saxlanılıblar.

Belə ki, M.Güləliyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı oradan 392 qrama yaxın heroin, 104 qrama yaxın metamfetamin və 13 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR