ƏN ÇOX BİNƏQƏDİDƏ, ƏN AZ İSƏ... - Koronavirusa yoluxma halları ilə bağlı rəsmi statistika

img

31-08-2020 [11:01]


Bakıda koronavirusa yoluxma halları daha çox Binəqədi rayonunda qeydə alınıb.

Mia.az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, Binəqədidə virusa yoluxma 14,3 % olub. Xətai rayonunda virusa yoluxma 12,2 %, Yasamalda 11,8 %, Sabunçuda 11,8 %, Nəsimidə 9,1 %, Nərimanovda 8,5 %, Suraxanıda 8,0 %, Qaradağda 7,4 %, Nizamidə 7,1 %, Xəzərdə 5,0 %, Səbaildə 4,6 % təşkil edib. Bakının rayonları üzrə yenə də ən az yoluxma Pirallahı rayonunda olub – 0,3 %.

Bununla bərabər, ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alınıb – 56,2%.

Abşeronda yoluxma 15,8 %, Aranda 10,2 %, Gəncə-Qazaxda 6,4%, Lənkənarda 4,3 %, Quba-Xaçmazda 1,9 %, Şəki-Zaqatalada 1,7%, Dağlıq Şirvanda 1,6 %, Yuxarı Qarabağda 1,0 %, Naxçıvanda isə 0,04 % təşkil edir.

Yoluxanların 0,8 %-i ölkə xaricindən gələnlərdir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR