Gürcüstanda daha 18 nəfərə koronavirus diaqnozu qoyulub

img

31-08-2020 [10:19]


Gürcüstanda son sutkada daha 18 nəfərə koronavirus diaqnozu qoyulub, 19 pasiyent isə sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 1 487-yə, sağalanların sayı isə 1 240-a çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 5 524, stasionar nəzarətdə isə 221 nəfər saxlanılır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR