Saatlıda “Aşura” mərasimi keçirmək istəyən 19 nəfər saxlanılıb

img

30-08-2020 [15:19]


Saatlıda “Aşura” mərasimi keçirmək istəyən 19 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə bağlı edilən xəbərdarlıqlara baxmayaraq bir qrup şəxsin şəhər ərazisində yerləşən parkların birində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 19 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR