Daha bir axund və 29 nəfər saxlanıldı - FOTOLAR

img

30-08-2020 [13:50]


Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər xüsusi karantin rejimini pozublar. 

DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidin qarşısına toplaşdıqları müəyyən olunub.

Həmin şəxslər ümumilikdə 29 nəfər, həmçinin Ceyranbatan məscidinin axundu Kazım Əyyubov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 29 nəfər barəsində inzibati protokollar tərtib olunaraq hər biri cərimə olunub.

Qeyd edək ki,saxlanılan şəxslər arasında mülki öhdəliklərini yerinə yetirmədiyi üçün axtarışda olan Abşeron rayon sakini Novruz Aslanov da olub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR