Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı

img

30-08-2020 [11:20]


Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidlərdən birinin qarşısına toplaşdıqları müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə gətiriliblər.


Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR