Salyanda yol qəzasında bir nəfər ağır yaralandı

img

30-08-2020 [10:08]


Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yol qəzasında 1987-ci il təvəllüdlü Kərimov Elvin Cavanşir oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə  yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR