Cəlilabadda yanğın baş verib

img

29-08-2020 [20:01]


Cəlilabad rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Moranlı kəndində, Bayram Mirzəyevə məxsus təsərrüfatda baş verib.

Belə ki, ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan 13 ton ot bağlamasının 10 tonu, yaxınlıqda yerləşən bir ədəd elektrik dirəyi qismən yanıb.

Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb edilib və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.      


Digər xəbərlər
SON XƏBƏRLƏR